Yeni Zelandiya silah qanununu dəyişdi

Silah islahatı qanun layihəsi parlamentdə yekun oxunuşdan sonra 119-1 səs çoxluğuyla keçib

Source: google.az


Qubernatorun təsdiqindən bir neçə gün sonra qanun layihəsi qüvvəyi minəcək

Yeni Zelandiya parlamenti "Christchurch" terror hücumundan sonra bütün növ yarı-avtomatik silah və hücum tüfənglərini qadağan edib, – BBC xəbər verir.

Silah islahatı qanun layihəsi parlamentdə yekun oxunuşdan sonra 119-1 səs çoxluğuyla keçib.

Qubernatorun təsdiqindən bir neçə gün sonra qanun layihəsi qüvvəyi minəcək.

Baş nazir Jacinda Ardern keçən ay "Christchurch" dəki iki məsciddə 50 adamın öldürülməsi ilə nəticələnən hadisədən sonra qanuna dəyişikləri təklif etmişdi.

O, çərşənbə günü parlamentdə bildirib ki, qurbanların və onların ailələrinın yanındadırlar. Ardern qeyd edib ki, o, xəstəxanada yaralıları ziyarət edərkən onların hər birinin bir neçə güllə yarası aldığını görüb.

"Onlar əlilliyi bir ömür boyu daşıyacaqlar və bunun psixoloji təsirləri gözardı edilməməlidir ," – o deyib.

"Bu silahlar öldürmək, əlil buraxılmaq üçün nəzərdə tutulub. Və martın 15-də buna nail oldular,"- Ardern parlamentdəki çıxışı zamanı bildirib. O, şübhəlinin adını çəkməyərək onu terrorist adlandırıb.

Şübhəli avstraliyalı Brenton Tarrant 50 qətldə və 39 cinayət törətməyə cəhddə ittiham olunur.

Ana səhifəDünyaYeni Zelandiya silah qanununu dəyişdi