Yeni pensiya qaydaları 2019-cu ildə azərbaycanlı təqaüdçülərə çətinlik törədəcək

2019-cu ildə hökumət Azərbaycanda pensiya ödənişlərini artırmağı planlaşdırır. Buna “inqilab” kimi baxılsa da, mütəxəssislər bunun aldadıcı olduğu barədə xəbərdarlıq edirlər və artımın təqaüdçülərin həyatına əhəmiyyətli təsir göstərməyəcəyini bildirirlər.

Source:
Foto: Report
Foto: Report


2019-cu ildə hökumət Azərbaycanda pensiya ödənişlərini artırmağı planlaşdırır. Buna “inqilab” kimi baxılsa da, mütəxəssislər bunun aldadıcı olduğu barədə xəbərdarlıq edirlər və artımın təqaüdçülərin həyatına əhəmiyyətli təsir göstərməyəcəyini bildirirlər.

61 yaşlı Şəhla Əyyubova və ailəsi beş ildir ki, aylıq 180 manat (təxminən 105 dollar) təqaüdlə yaşayır.

“Bir ayı unudun, 180 manat heç 10 gün yaşamaq üçün belə kifayət deyil”,- həyat yoldaşı və oğlu ilə Ağdaş şəhərində yaşayan Əyyubova qeyd edir.

Azərbaycan hökuməti Əyyubova və digər təqaüdçülərin ümidlərini puç edib.

Yerli medianın yaydığı məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Azərbaycanda növbəti il 45.500 nəfərin təqaüdlərinin 35 faiz artacağını bildirib.

“Pensiya sahəsində inqilabi dəyişiklik olacaq”,- deyə Babayev

bildirib

.

Nazirin sözlərinə görə, növbəti il təqaüdə çıxan və 25 illik iş təcrübəsi olan təqaüdçülər çoxlu təqaüd imkanlarından yararlanacaqlar.

“Əmək pensiyaları haqqında” qanuna düzəlişlər layihəsi noyabrın 27-də keçirilmiş parlamentin plenar iclasında müzakirə olunub. Daha sonra parlament qanunu qəbul edib. Qanun 2019-cu il yanvarın ayının 1-də qüvvəyə minəcək.

Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2019-cu il üçün 3,9 milyard manat təşkil edir və bunun 97 faizi fond tərəfindən təmin olunan insanlara xərclənib.

Hazırda Azərbaycanda 1.3 milyon nəfər təqaüd alır.

Hər hansı bir dəyişikliyin hazırda 110 manat (təxminən 65 dollar) olan və Azərbaycanda minimum gəlir səviyyəsindən 20 faiz aşağı hesablanmış minimum təqaüd ödənişinə təsir edib-etməyəcəyi hələ məlum deyil.

Müxalif ReAl Partiyasının idarə heyətinin üzvü və müstəqil iqtisadiyyat mütəxəssisi Natiq Cəfərli bildirib ki, təqaüdlərin hansı yolla artırılacağı hələ də aydın deyil və artım bütün təqaüdçülərə tətbiq olunmayacaq.

Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin iqtisadçısı Rəşad Həsənov deyir ki, sosial xərclərin artması mümkündür. Lakin, o, yeni dəyişikliklərin təklif etdiyinin əksinə 10 faizdən çox artım olmayacağını proqnozlaşdırır.

“Pensiya ödənişidə artım olacaq, lakin təxminən 14 manat (8 dollar) məbləğində artım olacaq”, – Həsənov Azadlıq Radiosuna bildirib.

Bakı sakini və təqaüdçü Aydın Mahmudov qeyd edir ki, bu cür artımlar dövlətin insanların gözündən tor çəkmək cəhdidir və o əlavə edir ki, pensiya ödənişinin 10 faiz artması ilə yaşamaq mümkün deyil.

“Allah bilir ki, bu mümkün deyil. Hökumət təqaüdləri artırmalı və insanların normal bir həyat yaşamasına imkan verməlidir “, – Mahmudov Meydan TV-yə bildirib.

İnflyasiyanın növbəti ildə təqaüdlərin artımından daha çox olması gözlənilir. İqtisadçı Vüqar Bayramov xəbərdarlıq edir ki, ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsini nəzərə alaraq büdcə müvafiq qaydada hesablanmalıdır.

Ağdaşda yaşayan təqaüdçü Əyyubovanın tibbi problemləri onun maliyyə vəziyyətini daha da pisləşdirir. İllər əvvəl ona böyrək çatışmazlığı diaqnozu qoyulub. O, əməliyyat olunmalıdır.

“Mən bu gəlirlə normal bir həyat yaşaya bilmirəmsə, necə əməliyyat oluna bilərəm?” – Əyyubova bildirir.

“Bu təqaüd mənim ailəmin yaşayış xərclərini ödəmək üçün kifayət etmir. Bundan əlavə, biz bank kreditlərini ödəməliyik. Borc batağındayıq. Əlavə iş görmədən yaşamaq və borcunu ödəmək mümkün deyil”, – Əyyubova bildirib.

Pensiyaya əlavə etmək və tibbi xərclərini ödəmək üçün Əyyubova yaxınlıqda yerləşən çörək sexində işləyərək gündəlik çörək və ayda 250 manat (təxminən 150 dollar) alır.

Ancaq bu, yenə də onun xərclərini ödəməyə kifayət etmir. O deyir ki, Ağdaşda dövlət xəstəxanasında müalicə almaq üçün 150-300 manat ödəyir (80-180 dollar).

Əyyubova pensiya artımı barədə bədbin fikirdədir. O bildirir ki, hər hansı dəyişiklik olsa belə, onun pensiyası cəmi 2-5 manat (təxminən $ 1-3) artırıla bilər.

Əyyubovanın fikrincə, çörək bişirmək təkcə dövlətdən asılı olmaqdan yaxşıdır.

Ana səhifəXəbərlərYeni pensiya qaydaları 2019-cu ildə azərbaycanlı təqaüdçülərə çətinlik törədəcək