463 şəxs azadlıqdan məhrum etmə cəzasından azad olunub
Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Əfv Sərəncamı imzalayıb. Eks-prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmış sənədə əsasən, 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edilib ki, Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin və jurnalist Elçin Məmmədin də adı əfv olunanlar arasındadır.