Radionun səsi, boyalı əllər, çirkli dəsmallar, rənglərin hopduğu fırçalar… Bu, emalatxananın simvollarıdır. Sovetskidə çalışan rəssam deyir ki, otaqda musiqi səsi olanda daha yaxşı işləyir.
Rəssam əsasən təbiət şəkilləri çəkir. Bakını çəkmək üçün əli rəngli boyalardan tutmuş neftə qədər batır. Neft həm də köhnə Bakının rəngidir. Rəssam deyir ki, bu rənglə işləmək onun üçün rahatdır. O, Yeni Bakının rənglərinə alışa bilmir.
Rəssam deyir ki, onun əsərlərini alan da olur, borca götürüb qaytarmayınca hədiyyə etdiyi də tapılır. Rəsm sifarişləri də qəbul edir. Rəssam ölümündən sonra xatırlanmaq üçün portret sifariş edən, ya mənzərə arzulayan müştərilərinin olduğunu bildirir.
Rəssam Bakını çəkməkdən doymur. O çəkdikcə bu küçələrin, döngələrin nə vaxtsa tarix olacağını da hiss etdiyini deyir.