Yeddi erməni Moskvada azərbaycanlılarla münaqişədən sonra mühakimə edilib

2020-ci ilin iyul ayında iki ölkənin sərhədində hərbi əməliyyatların kəskinləşməsi dövründə Moskvada azərbaycanlıların “1001 gecə” restoranına hücum çəkdiklərinə görə saxlanılmış ermənilər iki illik həbs cəzasına məhkum edilib

Source: авфыа

Məqalə

Kavkazski Uzel

saytında dərc olunub.

2020-ci ilin iyul ayında iki ölkənin sərhədində hərbi əməliyyatların kəskinləşməsi dövründə Moskvada azərbaycanlıların “1001 gecə” restoranına hücum çəkdiklərinə görə saxlanılmış ermənilər iki illik həbs cəzasına məhkum edilib.

“Kavkazski uzel”in xəbər verdiyi kimi, 2020-ci il iyulun 24-ü Moskvada ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verib. Güc strukturları əməkdaşlarının məlumatına görə, kütləvi toqquşmaların 22 iştirakçısı saxlanılıb. İyulun 28-i kütləvi iğtişaşların 15 iştirakçısı – yeddi erməni və səkkiz azərbaycanlı həbs edilib. Hüquq müdafiəçiləri qeyd edib ki, Moskvada bu cür toqquşmalar əvvəllər də baş verib, lakin belə irimiqyaslı olmayıb.

Rusiyanın cənubunda diaspora rəhbərləri erməni və azərbaycanlıları təxribatlardan uzaq durmağa və nizam-intizama riayət etməyə çağırıb. Sahibkarlar, Moskva diasporasının milyarderləri Sergey Sarkisov və Qod Nisanov həmyerlilərindən Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi fonunda başlamış iğtişaşlara son qoymağı xahiş edib.

Moskvanın Nikulin Məhkəməsi 2020-ci ilin iyul ayında azərbaycanlıların “1001 gecə” restoranına hücumda iştirak etmiş yeddi erməniyə hökm oxuyub. Onların hamısı xuliqanlıqda günahkar sayılıb və ümumi rejimli koloniyalarda iki illik həbs cəzasına məhkum olunub – fevralın 25-də “Kommersant” yazıb.

İstintaqın məlumatına görə, Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, həmçinin Razmiq Saakyan bıçaq və toxmaqlarla silahlanaraq, 2020-ci il iyulun 24-ü Maryinodakı “1001 gecə” restoranına soxulub və məkanı talan etməyə başlayıb. Onları dayandırmağa çalışan keşikçi zərər çəkib. Hücum beş dəqiqədən artıq çəkməyib, talançılar bundan sonra qaçıb. Hadisə müşahidə kamerasına çəkilib, məhz bu videoyazı sayəsində hücum çəkənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Azərbaycanlılarla ermənilər arasında baş vermiş toqquşmalara zəminsə ermənilərə məxsus mal furalarının Azərbaycanda doğulmuş sahibkar Qod Nisanova məxsus “Food Sity” bazarından çıxarılması haqda xəbərlər olub. Erməni diasporunun nümayəndələri Rusiya hakimiyyətindən bazardakı vəziyyətə müdaxilə etməyi tələb edib. Azərbaycan diasporunun nümayəndələri isə “Food Sity”dəki vəziyyəti biznesmenlərin şəxsi münaqişəsi adlandırıb.

Ermənilərlə azərbaycanlılar arasındakı toqquşmalar 2020-ci il iyulun 12-də iki ölkənin sərhədində silahlı münaqişənin kəskinləşməsi fonunda baş verib. 2020-ci il iyulun 30-u döyüşlər faktiki olaraq bitib, məlumatlara görə, həmin gün altı erməni hərbçi həlak olub, 38-i, o cümlədən iki polis və bir dinc sakin yaralanıb. Azərbaycan hakimiyyətinin iyulun 16-na olan məlumatına görə, 13 nəfər, o cümlədən bir dinc sakin həlak olub.

Ana səhifəXəbərlərYeddi erməni Moskvada azərbaycanlılarla münaqişədən sonra mühakimə edilib