Martın 30-da respublikanın Qərb və Şimal Qərb regionlarına, o cümlədən də paytaxta qar yağıb. Temperatur 15 dərəcə enib və meteroloqlar yağıntılı hava şəraitinin iki gün davam edəcəyini bildirirlər.
Ölkə əhalisi qışla vidalaşmağa macal tapmamış, martın 30-da gözlənilmədən bir çox şəhər və rayonlara qar yağıb. Bəzi yerlərdə güclü küləklə müşahidə edilən qarın yağması temperaturun 15 dərəcəyədək enməsinə səbəb olub. Qərb bölgəsində havanın temperaturu mənfi iki dərəcəyədək edib və gecə saatlarından intensiv yağan qarın qalınlığı bəzi yerlərdə 5 santimetrə qədər olub. Şimal-Qərb bölgəsində isə 6-7 santimetr qalınlığında qar düşüb. Qubanın Xınalıq kəndi ərazisində isə qarın qalınlığı 22 santimetrə çatıb.
Paytaxtda isə qar günün ikinci yarısından etibarən yağmağa başlayıb. Bir saat yaxın qar çovğunu müşahidə olunub və temperatur mənfi bir dərəcəyədək enib.
Meteoroloqların praqnozlarına görə yağıntılı hava şəraiti iki gün davam edəcək.