”Yazıların arxasında Corc Soros və erməni lobbisi dayanır”

Prezidentin mətbuat xidməti araşdırmalarla bağlı açıqlama yaydı

Source:


Prezidentin mətbuat xidməti araşdırmalarla bağlı açıqlama yaydı

Azərbaycan Prezidentinin mətbuat xidməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) tərəfindən hazırlanmış və “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən

məqalələr

lə əlaqədar məlumat yayıb.

Məlumatda bildirilir ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələ ilə bağlı “Azərtac”-a açıqlama verib. Açıqlamada deyilir:

“Hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir. “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bundan başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin Azərbaycana dost münasibət bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır”.

Əli Həsənov

Ə.Həsənovun fikrincə, araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir:

“Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.

Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə Prezidentinə və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər.

Bir daha bəyan edirik ki, OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”.

Ana səhifəXəbərlər”Yazıların arxasında Corc Soros və erməni lobbisi dayanır”