Yazıçını sərhəddə saxladılar

Seymur Baycan: “Adam məmurdur, amma işlətdiyi sözlər, danışığı məhəllə çərçivəsindədir”

Source:


Seymur Baycan: “Adam m


ə


murdur, amma i


ş


l


ə


tdiyi s


ö


zl


ə


r, dan


ışığı


m


ə


h


ə


ll


ə



çə


r


ç


iv


ə


sind


ə


dir”

Tanınmış yazar Seymur Baycan “Qırmızı körpü”  Sərhəd Keçid Məntəqəsindən Azərbaycan-Gürcüstan sərhədini keçərkən saxlanılıb.

Meydan TV-yə bu barədə açıqlama verən yazıçı bildirib ki, əslində, hər şey Beynəlxalq Avtovağzaldan başladı: “Avtobusda oturacaq sınıq idi, sürücüyə dedim ki, gəl, otur burda, görüm, 100 kilometr yol gedə bilərsənmi?!   Əgər gedə bilsən, mən 500 kilometr getməyə hazıram. Təsəvvür edin ki, sınız-salxaq, natəmiz, sanitar qaydalara cavab verməyən avtobusu reysə çıxarıblar”.

Seymur Baycan bileti qaytarsa da, 4 manatı kəsiblər: “Qayıdanda Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayacam, onsuz da avtobusun nömrəsini götürmüşəm”.

O, sərhəddə yüklərini yoxladıqlarını bildirdi: “Mənim yüklərim də yalnız kitablardan ibarətdir, başqa nə ola bilər?! Və bunlar da satış mərkəzlərində var, yəni qadağan olunmuş dini kitablar deyil. Sərhədi keçəndən sonra deklorasiya yazdırdılar, sual etdim ki, sərhədi keçəndən sonra niyə deklorasiya yazırsınız, bu məqamda bir az mübahisəmiz oldu. Yenidən kitabları yoxladılar, izahat verdim, bir gömrük işçisi dedi ki, “ay pipiyi qan xoruz” şerini sən yazmısan? Cavab verdim ki, xeyr, Abdulla Şaiq yazıb. Adam məmurdur, amma işlətdiyi sözlər, danışığı məhəllə çərçivəsindədir. Nəhayət, mədəni bir gömrük işçisi gəlib hər iki tərəfi dinləyib məsələni yoluna qoyub”.

Ana səhifəXəbərlərYazıçını sərhəddə saxladılar