Yazıçılar Birliyinin XII qurultayı keçirilir

AYB-nun indiki sədri Anara alternativ yoxdur

Source:

AYB-nun indiki sədri Anara alternativ yoxdur

İyunun 17-də Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı öz işinə başlayıb. Tədbirdən əvvəl qurultay iştirakçıları mərhum dövlət başçısı Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qurultayın 439 üzvündən 361-i tədbirə qatılıb. Dövlət rəsmilərindən Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla qurultayda iştirak edirlər.

Qurultayın gedişi haqqında məlumat verən Meydan TV-nin əməkdaşının sözlərinə görə, tədbir qonaqlara söz verilməsi ilə başlayıb. İlk çıxış edən qazax yazıçısı Oljas Süleymanov “Mən səsimi Anara verdim” deyərək iştirakçıları indiki AYB sədrinə səs verməyə çağırıb.

 Qurultayda sədrliyə yeganə namizəd 27 ildir birliyə sədrlik edən Anar Rzayevdir.

Ana səhifəXəbərlərYazıçılar Birliyinin XII qurultayı keçirilir