Yazıçılar “Ali və Nino”nu monopoliyada ittiham edir (VİDEO)



Qan Turalı: “Əli və Nino” mağazalar şəbəkəsi “Qanun” nəşriyyatı ilə çirkli bir monapoliya yaradıb

Bir həftədən çoxdur ki, şair və yazıçılar “Əli və Nino” mağazalar şəbəkəsini boykota çağırırlar. Boykotun səbəbi Azərbaycan yazıçılarının əsərlərinin sözügedən mağazalar şəbəkəsində satışa qoyulmamasıdır. Bundan başqa, əsas ittihamlardan biri də “Əli və Nino” ilə iş birliyində olmayan nəşriyyatlarda çap edilən kitabların mağazada yer almamasıdır.

Yazıçı Qan Turalının iddiasına görə, onun sonuncu kitabı olan “9 Hekayə” “Əli və Nino” mağazalarından yığışdırılıb. Səbəb kimi isə anbarlarında yer olmadığı göstərilib. Yazıçı deyir ki, “Əli və Nino” mağazalar şəbəkəsi “Qanun” nəşriyyatı ilə çirkli bir monapoliya yaradıb.

Qan Turalı onunla birlikdə bir neçə yazarın, hətta Yazıçılar Birliyinin sədri Anarın da başqa nəşriyyatlarda çap olunan kitablarının “Əli və Nino” da satılmadığını vurğulayır.

“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu bildirir ki, onları yaxşı işlədiklərinə görə nəinki “Əli və Nino” mağazaları, həmçinin digər kitab dükanları da seçirlər.

“Əli və Nino” mağazalar şəbəkəsini boykot çağırışına 40-dan çox yazıçı və şair qoşulub. Mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli boykot çağırışlarını ciddi hesab etmir.

Ana səhifəVideoYazıçılar “Ali və Nino”nu monopoliyada ittiham edir (VİDEO)