Yaşayış minimumu və ehtiyac meyarı artırılır

2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilmişdi.

Source: Google


Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edilib

Növbəti ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ölkə üzrə 190 manat olan yaşayış minimumu, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

Büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əsasən isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulub.

2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilmişdi.

Ana səhifəİqtisadiyyatYaşayış minimumu və ehtiyac meyarı artırılır