Türkiyədə müalicə alan İkinci Qarabağ Müharibəsi iştirakçıları Azərbaycana geri qaytarılacaqlarını deyirlər.
Onlar deyir ki, bir ildir ki Türkiyənin Bursa şəhərində müalicə alırlar və müalicənni xeyrini görməyə başlayıblar.
İndi isə müalicələrini maliyyələşdirən Yaşat Fondu onları geri qaytarmaq istəyir.
Onlar ölkə prezidentinə müraciət ünvanlayıblar.
Və xahiş edirlər ki, Türkiyədə müalicələrinin davam etdirilməsi üçün YAŞAT Fonduna göstəriş verilsin.
Yaşat Fondu Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və həlak olanların ailələrinin təminatına dəstək məqsədilə 2020-ci ilin dekabrında yaradılıb.
Aprelin 7-də fond bildirib ki, 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 İkinci Qarabağ müharibəsi iştirakçısı Türkiyəyə göndərilib. Onlardan 129-u sağalaraq Azərbaycana qayıdıb, 38 nəfərin müalicəsi davam etdirilirş
Fond bildirir ki, Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir.
Şikatyətçilərin iddiaları ilə bağlı isə Fondun şərhi bəlli deyil.