Yaralanan tovuzluların vəziyyəti normaldır

Azyaşlılar ilkin yardımdan sonra Bakıya göndəriliblər

Source:


Azyaşlılar ilkin yardımdan sonra Bakıya göndəriliblər

İyulin 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun Əlibəyli kəndində iki azyaşlı olmaqla 3 nəfər yaralanıb. Kənd sakini İslam Salman oğlu Xanbabayevin həyətinə düşən mərmi partlayıb və 3 nəfərə xəsarət yetirilib. Yaralılar ilkin tibbi yardım almaq üçün Tovuz rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Tovuz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Kəmaləddin Abbasovun Meydan TV-yə verdiyi məlumata görə, zərərçəkənlər həyətdə olarkən qəflətən iriçaplı silahdan atəş açılıb, nəticədə 12 yaşlı Nərmin, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayev və 44 yaşlı Durdanə Nağıyeva yaralanıblar. Azyaşlı uşaqlar Bakıdan rayona qonaq gəldikləri üçün ilkin tibbi yardım aldıqdan sonra Bakı şəhərinə aparılıblar: “Bakı şəhəri, Nərimanov rayon sakini, 2007-ci il təvəllüdlü Tuncay Rövşən oğlu Xanbabayev bədəninin müxtəlif hissələrində, döş qəfəsində, hər iki aşağı ətrafda çoxlu qəlpə yaraları, müxtəlif yad cisimlərlə diaqnozu,  bacısı, 2003-cü il təvəllüdlü Nərmin Xanbabayeva və qohumları, 1971-ci il təvəllüdlü Əlibəyli kənd sakini Dürdanə Əliyeva isə hər iki ətrafın  bud, baldırda  müxtəlif ölçülərdə yaralar, metallik yad cisimlərlə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına daxil olublar”.

Durdanə Nağıyevanın qohumu Meydan TV-yə bildirib ki, qadın hazırda Əlibəyli kəndində ev şəraitində müalicə olunur, vəziyyəti normaldır.

Ana səhifəXəbərlərYaralanan tovuzluların vəziyyəti normaldır