YAP siyahısında olan namizəd geri çəkilib

Leyla Abdullayevanın namizədliyi hansı səbəbdən geri götürməsi haqda açıqlama verilmir

Source:


Leyla Abdullayevanın namizədliyi hansı səbəbdən geri götürməsi haqda açıqlama verilmir

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 41 saylı Sumqayıt I seçki dairəsində namizədliyə iddiaılısı, deputat Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.

Bu haqda YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.  L.Abdullayevanın namizədliyini öz istəyi ilə geri götürdüyü bildirilir. Amma L.Abdullayevanın namizədliyi hansı səbəbdən geri götürməsi haqda açıqlama verilmir.

YAP-ın açıqladığı seçki siyahısında L. Abdullayeva 41 saylı Sumqayıt I seçki dairəsindən namizəd kimi təqdim edilib. Bunula yanaşı bir xatırlatma daha yerinə düşər ki, bir çox mətbuat qurumları hətta YAP-ın siyahısında olan namizədlərin çoxunun belə “qurbanlıq quzu” olduqlarını bildirirdilər (Turan IA).

Leyla Abdullayevanın deputatlıq kürsüsündən enişi də yüksəlişi kimi gözlənilməz oldu. O, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev Sumqayıt şəhərinə icra başçısı təyin olununda məktəbdə rus dili müəlliməsi idi. Daha sonra məktəb direktoru, ardınca şəhər bələdiyyəsinin üzvü, nəhayət, parlamentə mandat aldı. Ancaq 41 saylı dairənin seçiciləri Leyla Abdullayevanın onların problemləri ilə maraqlanmadığını dəfələrlə mətbuatda səsləndirsələr də, heç bir nəticəsi olmamışdı.

Ana səhifəXəbərlərYAP siyahısında olan namizəd geri çəkilib