YAP-ın namizədi seçki yarışından çıxdı

17 saylı dairədə hakim partiya öz namizədi ilə mübarizə aparmayacaq

Source:


17 saylı dairədə hakim partiya öz namizədi ilə mübarizə aparmayacaq

Seçkiyə bir həftə qalmış Yeni Azərbaycan Partiyasının 17 saylı Seçki Dairəsindən namizədi Lalə Əhmədova seçki yarışından geri çəkilib. Bu barədə məlumatı axar.az saytı yayıb.

Bildirilir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini, YAP-ın 17 saylı Seçki Dairəsindən olan namizədi Lalə Əhmədovanın adı artıq Mərkəzi Seçki Komissiyasının siyahısında yoxdur. Lalə Əhmədova həmin dairənin favoriti hesab edilirdi.

Şəxsin namizədliyini geri götürmək barədə qərarı rəsmiləşəndə Mərkəzi Seçki Komissiyasının saytından namizədin adı da çıxarılır. MSK-nın ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, rəsmi saytda nə göstərilibsə, elədir.

Beləliklə, 17 saylı dairədə hakim partiya öz namizədi ilə mübarizə aparmayacaq. Seçki rəqabəti Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva arasında gedəcək.

Ana səhifəXəbərlərYAP-ın namizədi seçki yarışından çıxdı