Yeni Azərbaycan Partiyasından AXCP-nin zirzəmisindəki partlayışla bağlı reaksiya verilib. YAP-çı deputat Siyavuş Novruzov modern.az-a deyib ki, müxalifət bir hadisə baş verdikdə, onun məsuliyyətini iqtidarın üstünə atmağa çalışır: “Hər hansı bir AXCP üzvü yolla gedərsə və külək ağacı onun üstünə aşırsa, deyəcəklər ki, bu iqtidarın təxribatıdır”. Deputat məlum partlayışda hər hansı bir təxribatdan söhbətin gedə bilməyəcəyini və olayın səhlənkarlıqdan baş verdiyini deyib: “Səhlənkarlıq nəticəsində digər yerlərdə və dövlət idarələrində də belə hallar olur”.