YAP-çı oğlunun əmlakı müsadirə olundu

Eldar Sabiroğlu: “Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir”

Source:


Eldar Sabiroğlu: “Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir”

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.

Bu barədə Moderator.az-a Eldar Sabiroğlu məlumat verib.

O, ölkə başçısına müraciət edib: “Bir neçə dəqiqə əvvəl oğlum Rüfət mənə zəng edərək bildirdi ki, ata, yoxlama komissiyası gəlib və mənim əmlakımı, kompüterimi, telefonlarımı müsadirə ediblər. Qarşılığında sənəd tələb etsəm də heç bir sənəd göstərmədilər və hesab edirəm ki, bu da qeyri-qanunidir. İndi xəbər aldım ki, prokurorluq işçiləri Zərdabda kirayədə qaldığım mənzilə axtarışa gedir.

Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir. Mən onun tutduğu yol haqqında öz fikrimi bildirmişdim. Tutduğu yolun cavabı olaraq da onu prokurorluq orqanlarından xaric etdilər. Belə etməklə başqa hansı məqsədləri güdürlər? Həbs etməkmi istəyirlər? Buyursunlar, onu da etsinlər. Ancaq yenə təkrar soruşuram, oğlum hansı ağır cinayəti törədib? Bəlkə dövlət çevrilişinə cəhd edib və ya hansısa silahlı münaqişə törədib?

Hörmətli cənab prezident, sizdən xahiş edirəm, bu qeyri- qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər. Bəlkə başqa cinayətləri var, biz bilmirik? Mümkündür ki, onun müsadirə edilmiş telefonlarına, kompüterinə nəsə köçürsünlər və elə onunla bağlı da oğlumu mühakimə estinlər. Oğlumun mənimlə danışmasına imkan vermədilər, telefonu əlindən alıb danışığımızı yarıda qoydular”.

Ana səhifəXəbərlərYAP-çı oğlunun əmlakı müsadirə olundu