Yanvarın 15-də Rəsul Cəfərovun məhkəməsidir

Prosesə hakim Eldar İsmayılov sədrlik edəcək

Source:


Prosesə hakim Eldar İsmayılov sədrlik edəcək

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsinin vaxtı məlum olub. Yanvarın 15-də saat 10.30 başlayacaq məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edəcək.

Məlumatı Rəsul Cəfərovun müdafiəçisi Günay İsmayılova Facebook səhifəsində paylaşıb.

Rəsul Cəfərov 2 avqust 2014-cü il tarixində QHT-lərin işi üzrə başlanmış cinayət işi üzrə saxlanılıb və Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində (qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaq) nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunaraq, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı həbs qətiimkan tədbiri seçilib.

İstintaqın yekunu olaraq isə ona qarşı yeni ittihamlar – Cinayət Məcəlləsiin 313 (vəzifə saxtakarlığı)  və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə irəli sürülüb. Bu ittihamlar üzrə nəzərdə tutulmuş sanksiyalara görə, hüquq müdafiəçisi 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Rəsul Cəfərov özü, həmçinin beynəlxalq təşkilatlar ona qarşı ittihamları saxta hesab edir, siyasi səbəblərlə həbs edildiyini bəyan ediblər.

Ana səhifəXəbərlərYanvarın 15-də Rəsul Cəfərovun məhkəməsidir