Yanğında FHN əməkdaşı xəsarət alıb

Hadisə rayonda yerləşən ”Akkord-Tekstil” fabrikində baş verdiyi deyilir

Source:


Hadisə rayonda yerləşən ”Akkord-Tekstil” fabrikində baş verdiyi deyilir

Ağstafa rayonunda fabrikdə baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı Sənan Mansurov xəsarət alıb.

Hadisənin rayonda yerləşən “Akkord-Tekstil” fabrikində baş verdiyi deyilir.

Report.az yazır ki, ümumi sahəsi 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar da yanıb.

Olay yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi zamanı fabrikin sınan şüşələri YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurovun üz və əl nahiyələrini kəsib.

Yanığının baş vermə səbəbləri araşdırılır.

FHN bu barədə rəsmi məlumat verməyib.

Ana səhifəXəbərlərYanğında FHN əməkdaşı xəsarət alıb