Yanğına gələn FHN-nin su boruları partladı (VİDEO)

 Yasamal rayonu Şəfayət Mehdiyev küçəsindəki bağda yanğın baş verib. Sakinlər və bağın sahibi İmambala İsgəndərov yanğının işıq idarəsinin işçilərinin səriştəsizliyindən baş verdiyini bildiriblər. Yanğın zamanı bağa yığılan əşyalar da külə dönüb. Yanğını söndürməyə gələn FHN işçiləri işə başlayarkən su borular partlayıb. Yanğın 20 dəqiqə ərzində söndürülüb. Nəticədə bağın 40 kvadrat metrlik ərazisi yanıb.

Ana səhifəVideoYanğına gələn FHN-nin su boruları partladı (VİDEO)