Yanıq xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib
Noyabrın 21-də Lənkəranın Separadi kəndində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Nəticədə iki nəfər xəsarət alıb.
“Report”-un yaydığı
məlumata
görə, xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3-cü dərəcəli ağır yanıq xəsarətləri alıb. O, yanacaqdoldurma məntəqəsinin işçisi olub.
Hadisə zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev də xəsarət alıb.