“Yalnız narahatlığı ifadə etməyəcəm, bəzi adamların həbsdən buraxılmasını xahiş edəcəm”

Didye Reynders: “Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə hüquq müdafiəçiələrinin hüquqlarını daha səmərəli müdafiə edə biləcəyik”

Source:


Didye Reynders: “Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə  hüquq müdafiəçiələrinin hüquqlarını daha səmərəli müdafiə edə biləcəyik”

Belçika XİN rəhbəri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Didye Reynders gələn həftə Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə D.Reynders ötən gün Strasburqda Belçikanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ilə əlaqədar bildirib.

Səfərin məqsədlərindən danışan D.Reynders deyib ki, insan hüquqları məsələsi diqqət mərkəzində olacaq. “Söhbət Krım, Donbas, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ kimi bölgələrdə insan hüquqlarınn monitorinqinin mexanizmindən gedir”, – o vurğulayıb.

“Mən Ermənistan və Azərbaycana səfər edəcəm, mənim əsas missiyam bu ölkələrin Avropa Şurası ilə əməkdaşlığını möhkəmləndirməkdir.

Həmçinin cəbhə xəttində baş verən son insidentlərlə bağlı narahatlığımı bildirmək istəyirəm. Xatırladım ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. ATƏT-in Minsk Qrupu vasitəsilə dialoq lazımdır”, – D.Reynders qeyd edib və AŞ-nin nizamlanmada iştirakının mümkünlüyünə toxunub.

Azərbaycandan olan deputatın qaçqınlar və məcburi köçkünlərlə bağlı sualının cavabında D.Reynders deyib ki, onlarla ünsiyyətdə olmaq, problemlərini bilmək, hər şeyi öz gözləri ilə görmək və Avropa Şurasının necə yardımçı olacağı barədə düşünmək istərdi.

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar fonunda, ölkənin AŞPA Nazirlər Komitəsində sədrliyi və ondan sonrakı dövrdə hüquq müdafiəçilərinin həbsə alınmasını, mühacirət etməsini və ya xəstəxanaya düşməsini nəzərə alaraq Reyndersin Azərbaycan hakimiyyətinə mesajı necə olacaq? Fransalı deputat Le Bornun bu sualının cavabında belçikalı nazir deyib ki, Bakıda ikitərəfli görüşlər zamanı yalnız “narahatlığını ifadə etməyəcək, həm də bəzi adamların həbsdən buraxılmasını, bəzilərinin saxlanma şəraitinin yaxşılaşdırılmasını xahiş edəcək”.

“Belə hiss edirəm ki, Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə  hüquq müdafiəçiələrinin hüquqlarını daha səmərəli müdafiə edə biləcəyik”, – Reynders qeyd edib (Turan İA).

Ana səhifəXəbərlər“Yalnız narahatlığı ifadə etməyəcəm, bəzi adamların həbsdən buraxılmasını xahiş edəcəm”