Yalçın İmanovu Xədicə İsmayılın vəkilliyindən kənarlaşdırdılar

“Məqsəd jurnalistin müdafiəsini zəiflətməkdir”

Source:


“Məqsəd jurnalistin müdafiəsini zəiflətməkdir”

Martın 12-də Bakı Apellyasiya Məhkəməsində vəkil Yalçın İmanov jurnalist Xədicə İsmayılın işindən kənarlaşdırılıb. Məlumatı Meydan TV-yə vəkil özü verib.

Yalçın İmanov bildirib ki, məhkəmədə Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı apellyasiya şikayətinə baxılırdı: “Proses zamanı Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev bildirdi ki,

Azadlıq Radiosunda axtarışla bağlı vəkil İmanov şahid qismində dindirildiyindən Xədicə İsmayılın vəkili kimi təmsil oluna bilməz. Çünki bunlar eyni saylı cinayət işidir. Mən də, Xədicə xanım da etiraz etdik ki, bunlar fərqli işlər olduğundan qarışdırmaq doğru deyil. Xədicə İsmayıl qərarın onun müdafiəsinin zəiflədilməsinə xidmət etdiyini dedi. Bundan sonra məhkəmə müşlavirəyə getdi, saat 16-da gəlib elan etdilər ki, mən prosesdən kənarlaşdırılmışam”.

Yalçın İmanov məhkəmənin qərarını qanunsuz və əsassız dəyərləndirdi. “Mənim radionun işində dindirilməyim Xədicə İsmayılın işindən kənarlaşdırılmağıma hüquqi əsas ola bilməz. Bunlar fərqli işlərdir. Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 5 maddəsi irəli sürülübsə, Azadlıq Radiosu ilə bağlı araşdırma davam etdirilir. Məqsəd jurnalistin müdafiəsini zəiflətməkdir”.

Ana səhifəXəbərlərYalçın İmanovu Xədicə İsmayılın vəkilliyindən kənarlaşdırdılar