Yağış və sulu qar gözlənilir

Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq

Source:
Yağış (illüstrasiya)
Yağış (illüstrasiya)


Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq

Yanvarın 20-si Bakı və Abşeron yarımadasında yağış yağacağı, bəzi ərazilərində sulu qara keçəcəyi ehtimal edilir.

Məlumatl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Xəbərə görə, yarımadada gecə 1-3, gündüz 4-6, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında da yağış, sulu qar gözlənir. Dağlıq və dağətəyi rayonlarda yağıntının qara keçəcəyi bildirilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Ana səhifəXəbərlərYağış və sulu qar gözlənilir