Yağış, qar yağacaq

Source:
Yağış (illüstrasiya)
Yağış (illüstrasiya)



Bakıda 4-11 dərəcə isti gözlənir

Aprelin 1-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı bildirilir. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Yarımadada gecə 3-5, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağını bildirir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Dağlıq və dağətəyi rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Ana səhifəXəbərlərYağış, qar yağacaq