“Yadigar Sadıxovun ürək damarlarında müəyyən blokada var”

“Diaqnozun nəticəsindən asılı olaraq müalicə uzana bilər”

Source:


“Diaqnozun nəticəsindən asılı olaraq müalicə uzana bilər”

Yadigar Sadıxovun Müdafiə Komitəsinin sədri Elman Fəttah 3 gün əvvəl Pentinsiar Xidmətin Müalicə Mərkəzində saxlanılan məhbusla görüşüb.

Bu barədə Meydan TV-yə məlumat verən Elman Fəttah bildirib ki, Yadigar Sadıxov 14 saylı Cəzaçəkmə Müəssisəsində tibbi müayinədən keçdiyi zaman ürəyində müalicəyə ehtiyac olduğu söylənilib. Hazırda müayənələr tam yekunlaşmayıb. İlkin diaqnoz ondan ibarətdir ki, Sadıxovun ürək damarlarında müəyyən blokada var.

Elman Fəttah deyib ki, müayinə tam yekunlaşdıqdan sonra məhbus müsavatçının xəstəliyinin nə dərəcədə ciddi olduğunu məlum olacaq: “Xəstəliyin ciddiliyindən asılı olaraq biz partiyadaşımızın durumunu hüquq müstəvisinə çıxardacayıq”.

Yadigar Sadıxovun Müalicə Mərkəzində nə qədər saxlanıldığına gəlincə, Komitə sədri bildirib ki, müsavatçı məhbus ilkin müayinə və müalicə ilə bağlı orada saxlanılmalıdır. Diaqnozun nəticəsindən asılı olaraq müalicə uzana bilər. Hazırda Yadigar bəy özünü normal hiss edir.

Ana səhifəXəbərlər“Yadigar Sadıxovun ürək damarlarında müəyyən blokada var”