Yadigar Sadıqov Müsavat Partiyasının başqan müavinliyindən istefa verib

”İstefanın səbəblərindən biri Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir”

Source:
Yadigar Sadıqov
Yadigar Sadıqov


”İstefanın səbəblərindən biri Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir”

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov vəzifəsindən istefa verib.

Yadigar Sadıqov Meydan TV-yə deyib ki, istefasına səbəb partiya başqanı Arif Hacılı ilə fikir ayrılığıdır.

Ancaq o, partiyadaxili məsələ olduğundan detalları açıqlamaq istəməyib.

Partiyadan adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə isə istefanın səbəblərindən biri də Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən tədbirdir. Mənbənin sözlərinə görə, Yadigar Sadıqov rəhbərliyində təmsil olunduğu partiyanın VHP ilə birgə tədbir keçirməsinə etiraz edib:

“Yadigar bəyin istefa verməsinin bir neçə səbəbi var. Səbəblərdən biri də budur ki, parlament siyasi məhbusların cinayətkar olduğunu göstərən sənəd hazırlayıb və VHP sədri Sabir Rüstəmxanlı da o sənədə qol çəkib. Yadigar bəy partiyanın siyasi məhbusları cinayətkar adlandırmış bir təşkilatla və rəhbəri ilə əməkdaşlıq etməsini istəmir”.

Arif Hacılı ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Partiya başqanı telefon zənglərinə cavab verməyib.

Yadigar Sadıqov Lənkəran Rayon Məhkəməsinin 2014-cü il 13 yanvar tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2013-cü il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılmışdı.

Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirmişdi.

Y.Sadıqov 2016-cı ilin 17 martında Əfv sərəncamıyla azad edilib

Ana səhifəXəbərlərYadigar Sadıqov Müsavat Partiyasının başqan müavinliyindən istefa verib