Baş Prokurorluq

Mənbə: Azərtac

Başlıq: Baş Prokurorluq

Xocavəndə gedən polisin meyiti tapılıb

Məqalə yeniləndi:  10 Oktyabr 2021

“Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib”

Oktyabrın 9-dan 10-na keçən gecə saat 2 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Toğrul Mədətlinin meyiti tapılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, meyit Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkarlanıb.

“Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib. O, rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb”, - prokurorluqdan bildirilib.

1988-ci il təvəllüdlü Toğrul Mədətlinin ölüm faktıyla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ct42rx

Ən çox baxılan