Xırdalanda yaşayış binasındakı partlayışda 3 nəfərin ölümü təsdiqləndi (yenilənib)

Binanın tikintisi başa çatmasa da, orada qaçqınlar məskunlaşıb

Source:

18.20. Abdullayeva İfayətin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onun cəsədi dağıntılar altından çıxarılıb.


Mərhumənin Firuzə və Aytac adlı iki qızı binanın altından sağ çıxarılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb

***

17.00. Qafqazinfo.az saytının hadisə yerində olan əməkdaşının məlumatına görə, taksi sürücüsü Məharət Abbasovun 8 yaşlı qızı Aydan Abbasova da dünyasını dəyişib. Onun həyatını xilas etmək mümkün olmayıb. Xilasedicilər azyaşlının meyitini çıxarmağa çalışırlar.

Məharət Abbasovun xanımı Könül Abbasova isə xəstəxanadadır.

***

15.15. “Qafqazinfo” nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.

Mərhumun kimliyi məlum olub. Məharət Abbasovun taksi sürücüsü olduğu bildirilib.

***

14.30. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nazirə son vəziyyətlə bağlı məlumat verilib.

Bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

***

12.10. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli apa-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər – ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar – 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.


***


Binanın tikintisi başa çatmasa da, orada qaçqınlar məskunlaşıb

Sentyabrın 8-i səhər saatlarında  Abşeron rayonu, Xırdalan şəhərində  beşmərtəbəli yaşayış binasında partlayış  baş verib.

FHN-in məlumatına görə,  divarların uçması nəticəsində beş nəfər uçqun altında qalıb. 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi davam etdirilir.

Partlayışın səbəbləri açıqlanmır. Lakin məişət qazının partlaması ehtimal olunur. 2-ci və 3-cü mərtəbələrdə mənzillərin divarları uçub.

Binanın tikintisi başa çatmasa da, orada qaçqınlar məskunlaşıb (Turan İA).

Ana səhifəXəbərlərXırdalanda yaşayış binasındakı partlayışda 3 nəfərin ölümü təsdiqləndi (yenilənib)