Xırdalanda binanın partlaması ilə əlaqədar cinayət işi açılıb

Xilasetmə işləri zamanı dağıntılar altından 8 nəfər çıxarılıb, 7 nəfərin stasionar müalicəsi davam edir, daha bir nəfər ambulator müayinədən sonra buraxılıb, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb

Source:


“Xilasetmə işləri zamanı dağıntılar altından 8 nəfər çıxarılıb, 7 nəfərin stasionar müalicəsi davam edir, daha bir nəfər ambulator müayinədən sonra buraxılıb, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb”

Sentyabrın 8-də Xırdalan şəhərində tikintisi başa çatmamış binada partlayış faktı ilə əlaqədar Abşeron Rayon Prokurorluğu 225.2 (yanğın təhlükəsizliyi qaydalarının pozulması) və 314.2-ci (səhlənkarlıq) maddələr üzrə cinayət işi açıb.

Baş Prokurorluq və FHN-in birgə açıqlamasında belə deyilir.

Partlayış sentyabrın 8-də saat 6:30-da binanın ikinci mərtəbəsində Qubadlı rayon köçkünlərinin yaşadığı mənzildə baş verib.

Açıqlamada deyilir ki, xilasetmə işləri zamanı dağıntılar altından 8 nəfər çıxarılıb. 7 nəfərin stasionar müalicəsi davam edir, daha bir nəfər ambulator müayinədən sonra buraxılıb.

“Beton plitələr altında qalmış üç nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bu, 1969-ci il təvəllüdlü İfayət Abbasova, 1978-ci il təvəllüdlü Məharət Abbasov və 2003-cü il təvəllüdlü Aydan Abbasovadır. Prokurorluq və FHN tərəfindən istintaq qrupu yaradılıb, istintaq hərəkətləri həyata keçirilib, ekspertizalar təyin edilib”.

“Ağır nəticələr nəzərə alınmaqla, istintaqın aparılması Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə tapşırılıb”,- deyə açıqlama bu fikirlərlə bitir.

Ana səhifəXəbərlərXırdalanda binanın partlaması ilə əlaqədar cinayət işi açılıb