“İctimaiyy
ə
t
ə
yax
şı
m
ə
lum olan
”
prinsipl
ə
r dedikd
ə
n
ə
yin n
ə
z
ə
rd
ə
tutuldu
ğ
i ayd
ı
n deyil
Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
XİN mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qarabağ münaqişəsinin “ictimaiyyətə yaxşı məlum olan” prinsiplər, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Fransa, ABŞ, Rusiya) bəyanatları əsasında nizamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.
Minsk Qrupu ölkələrinin prezidentləri dəfələrlə öz bəyanatlarında indiki status-kvo-nun saxlanmasının yolverilməz olduğunu qeyd ediblər.
“Turan İA” ekspertləri hesab edir ki, “ictimaiyyətə yaxşı məlum olan” prinsiplər dedikdə nəyin nəzərdə tutulduği aydın deyil. Həmsədrlərin əvvəllər irəli sürdükləri “Madrid prinsipləri” və ya bunun hər hansı modifikasiyası, yoxsa başqa nəsə?
Brüsseldə Ermənistan XİN rəhbəri Nalbandyanla da görüş olub.