XİN: Belarus konstruktiv danışıqlara hazırdır

Belarus hakimiyyəti etirazlar zamanı saxlanılan nümayişçiləri ölkədə nadir rastlanan ictimai üzrxahlıqdan sonra sərbəst buraxıb.

Source: Specify Source


Nümayişçilər ictimai üzrxahlıqdan sonra sərbəst buraxılıb

“Belarus prezident seçkiləri və ondan sonrakı hadisələrlə bağlı xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazırdır”, – cümə günü Xarici işlər naziri Vladimir Makeyə istinadən BelTA agentliyi xəbər verib.

Belarus hakimiyyəti etirazlar zamanı saxlanılan nümayişçiləri ölkədə nadir rastlanan ictimai üzrxahlıqdan sonra sərbəst buraxıb. “Reuters” bildirir ki, bu, 26 ildir ölkəni idarə edən Aleksandr Lukaşenkoya qarşı hədəyə çevrilmiş küçə etirazlarını sakitləşdirmək üçün atılmış addımdır.

Bildirilir ki, Makey isveçrəli həmkarı İgnazio Cassis ilə telefon danışığında Belarus tərəfinin seçki kampaniyası dövründə və ondan sonra ölkədə baş verən hadisələrlə əlaqədar xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazır olduğunu deyib.

Ana səhifəDünyaXİN: Belarus konstruktiv danışıqlara hazırdır