İntiharın səbəbi hələlik müəyyən olunmayıb
Hərbi xidmətdən məzuniyyətə gələn əsgər Murad Şahbazovun intihar etdiyi bildirilir.
2003-cü il təvəllüdlü hərbçinin Cəlilabad rayonunun Günəşli kəndində yaşadığı evdə özünü asdığı vurğulanıb.
Baş Prokurorluq məlumatı təsdiqləyib və əsgərin intiharı ilə bağlı araşdırma apardığını əlavə edib.
Ancaq intiharın səbəbi hələlik müəyyən olunmayıb.