Xəzəri çirkləndirən cadular…(VİDEO)

Xəzərdə təkcə balıqlar yox, həm də salofanlar, su qabları, ayaqqabılar və çörək dilimləri üzür. Səhər saat 8-dən axşam 6-ya qədər  4 nəfər heyət  bu zibilləri təmizləyir. Bulvar 1 gəmisi hər gün Xəzərdən 2 ton zibil yığır. Bu zibillərin içərisində cadular da var.

Təmizlik işləri Bayraq meydanından tutmuş Dəniz vağzalına qədər aparılır. Amma hava küləkli olanda heyət işləmir. Böyük matros deyir ki, Cənub küləyi əsəndə bütün zibilləri dənizə gətirir.

Xəzər 4-5 saata təmizlənir. Hər iki matros gün boyu Xəzərdən çıxarılan tonlarla zibilin iyini udurlar. Onlar Bulvarda konsert olan vaxt dənizin daha çox çirkləndiyini deyirlər.

Bulvar 1 Gəmisinin kapitanı Yavər Məhiyev gəminin 4 ildir işlədiyini deyir. Bu 4 il ərzində Xəzərdən 1000 tondan yuxarı quru zibil, 15 ton mazut çıxarılıb.

Gəmi 1 saatdan sonra işini tamamlayır. Matroslar yığdıqları zibilləri yeşiklərə doldudururlar. Həmişə təmizlikdə Xəzər.

Ana səhifəVideoXəzəri çirkləndirən cadular…(VİDEO)