Xəzərdə kişi meyiti tapılıb

Meyitin kimə aid olduğu bəlli deyil

Source:


Meyitin kimə aid olduğu bəlli deyil

Martın 13-də Xəzərdə naməlum kişi meyiti tapılıb. Məlumatı Dövlət Dəniz Administrasiyasında yaradılan Qərargah yayıb.

Cəsədin itkin düşən neftçilərdən birinə aid olub-olmadığı bilinmir.

2016-cı il dekabrın 15-də Xəzər dənizində əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. Sonradan itkin düşənlərdən üçünün meyiti tapılıb.

Digər neftçilərdən, hələ də, xəbər yoxdur.

Ana səhifəXəbərlərXəzərdə kişi meyiti tapılıb