Xəzər TV-nin Leyla Yunus saxtakarlığı

Xəzər Tv, Eynulla Fətullayev, Leyla Yunus və qarayaxma…

Source:

Dünən yəqin bir çoxunuz baxdınız, Xəzər TV adlı telekanalizasiya mənim və dostlarımızın barəsində ağzına gәlәni danışdı. İlham Əliyevdən ev alan jurnalist Yelena Sidorenko xanım (səsləndirən), həmin reportajın adını belə qoymuşdu: “Ermənidən çox erməni olanlar”. Mənə xanımın milli mənsubiyyəti heç maraqlı deyil, çünki faşist filan deyiləm. Əsas odur ki, Azərbaycan vətəndaşıdır. Sadəcə bu və digər kanallar, bəzi media orqanlarının bizi söyməyinin bir səbəbi var: bunların saxtakarlıqla, yalanla qazanmaq istədikləri reytinqi, özlərini vətənpərvər kimi göstərmək istəmələrini faktlarla, sübutlarla əsaslandırırıq. Bunların iç üzü onsuzda 9 şəhid verərkən kanallarında toy-bayram verilişləri verməklə açılmışdı. Əsl mahiyyətləri əslində o idi, sosial şəbəkələrdəki çalxalanma, qınaqlar onları məcbur etdi sonradan gic-gic kinolar göstərməyə. Qaş düzəldən yerdə əslində burub göz çıxartdılar.

İndi isə keçək əsas məsələyə. Dünənki reportaja baxmayanlar aşağıdakı keçiddən izləyə bilərlər:

Mənim şəxsim barədə dediklərinə çox deyinmək istəmirəm. Mən doğru bildiyim və əmin olduğum məlumatları öz izləyicilərimlə bölüşürəm, onlardan fərqli olaraq saxtakarlıq və yalan sırımıram. Bu istəyir erməniyə, istəyir kimə sərf edir, etsin. Amma bu saxtakarlıqlar əminəm ki, bizə ziyandır, sərf etmir.

Erməniyə istinad edən də, onlardan mədəd, kömək uman da məhz özləridir. Yəqin ki, izlədiniz reportajın sonunda bir erməniyə istinadən Leyla Yunusa qarşı kompromatdan istifadə edirlər.

Bu məlumatı ilk olaraq Eynulla Fətullayev, özünün rusca və ana dilimizdə olan dezinformasiya mənbəyi saytlarında yazıb. Xəzər TV və digər media orqanları da hamısı bəhbəhlə burdan əkişdiriblər:

FOTO

Keçək ifşaya: iddia olunur ki, bu adam “Арам Давидян” adlı Facebook istifadəçisidir. Bunu erməni blogger kimi təqdim edirlər. Güya Leyla Yunusa qahmar filan çıxır. Bu saxta bloggerin Facebook hesabıdır: bu

screenshot

 və həmin profilin

keçidi

. Söhbət bu screenshotdan gedir:

FOTO

. Gördüyünüz kimi, “yestarday”, yəni dünən yaradılıb və Leyla xanım əleyhinə şərhlər yazıb.

Həmçinin onun altında həmin saxta bloggerə digər bir erməni də cavab yazır və dəstək olur. “Саргис Хачатрян” adında. Bu profil də dünən açılıb və profilində heç bir məlumat, xəbər tapa bilməzsiniz. Buyurun, bu

screenshot

 və bu da həmin profilin

keçidi

.

Burdan aydın olur ki, bundan öncə ifşa etdiyim,

bu yazıda

Twitterdəki saxta hesab kimi, bir hesab da Facebookda elə Eynulla Fətulayevin özü hesablar açır, erməni saytlarına daxil olur, Leyla Yunusu erməni saxta hesabları ilə tərifləyir, sonra onu screenshot edir, özü üçün xəbər düzəldir. Bir güllə ilə bir neçə quş vurur: həm kişinin oğlu saytına kalan izləyici toplayır, hit qazanır, həm həssas xalqın vətənpərvərlik hissləri ilə oynayır, məzələnir. Həm müxalif düşərgəni vurur. Həm də XəzərTVkimilər konsert əvəzinə nəsə saxta-doğru fərq etməz göstərsin deyə material verir.

Onu da qeyd edim ki, Leyla Yunusun qızının adına da eyni saxtakarlığı məhz ilk olaraq Eynulla Fətulayev tirajlamışdı. Güya hansısa rus sosial şəbəkəsində “anamı tutduğunuz üçün əsgərləriniz ölür” tipli status yazıbmış. Halbuki onun qızının sadəcə Facebook sosial şəbəkəsində hesabı var və o bu cür status yazdığını təkzib etdi.

Baxın, bu cür həqiqətdən nəsibini almamış insanlar şəhidlərin, hərbi xəbərlərin üzərindən sizə çirkin yalan, saxta məlumatlar ötürürlər, sizin vətənpərvərlik hisslərinizlə məzələnirlər. Diqqətli olun!


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəXəzər TV-nin Leyla Yunus saxtakarlığı