XİN rəhbərləri səviyyələrində keçirilən görüşlər ciddi nəticələrin əldə olunması üzrə mövqelərin daha da yaxınlaşması üçün səylərin birləşdirilməsi üçün əlverişli imkanlar var
Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 44-cü iclası öz işinə başlayıb.
“Report” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və XİN rəhbərləri səviyyələrində keçirilən görüşlər ciddi nəticələrin əldə olunması üzrə mövqelərin daha da yaxınlaşması üçün səylərin birləşdirilməsi üçün əlverişli imkanlar yaradıb.
Iclasa işçi qrupunun azərbaycanlı üzvü, xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edir. İclasda Xəzərin hüquqi statusu ilə bağlı Rusiya Qazaxıstan, İran Türkmənistandan olan işçi qrupu rəhbərləri də qatılıb.
X. Xələfov deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlara hörmət əsasında həll olunmalıdır: “Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tez bir zamanda imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına səbəb olacaq. Bakıda Xəzərin dəniz ətrafı mühitinin qorunması üzrə çərçivə konvensiyası tərəflərinin altıncı konfransının da keçirilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi Bakıda katibliyin yerləşdirilməsi ilə bağlı saziş layihəsini hazırlayıb və bunu Xəzəryanı ölkələrə təqdim edib”.
Iclas aprelin 6-da davam edəcək.