”Xəstə uşaqlar böyütmək istəmirəm” (VİDEO)

Pişiklərinə yemək tapsa da, özü bəzən uşaqları ilə ac qalır. Hökumə Əhmədova 5 ildir uşaqlarını tək böyüdür. İmkansızlıqdan böyük qızını Pirşağıda sanotoriya tipli məktəbə qoyub. Hökumə Əhmədovanın sözlərinə görə, ünvanlı sosial yardım üçün müraciət etdikdə, nazirlik ondan aliment kağızı tələb edir. Deyir, vəkilə verməyə 50-60 manat tapa bilmir ki, keçmiş həyat yoldaşına alimentlə bağlı iddia qaldırsın.


“Bilənlər, görənlər, eşidənlər gəlib yardım edirlər.O da bir iki dəfə olur. Həmin məbləğ bitəndən sonra mən uşaqlarıma nə yedizdirəcəm? Bir az özümü, bir az da dövlət qurumlarını qınayıram ki, yardım etmirlər. İcra hakimiyyətinə bir neçə dəfə getmişəm. Necə ola bilər ki, İcra hakimiyyətindən heç kim kömək edə bilmədi. Mən üç uşaq böyüdür əm.  Mən xəstə uşaq böyütmək istəmirəm axı”.


Bu problemləri azmış kimi 2013-cü ilin fevralında evləri yanıb. Bu ana və uşaqları o vaxtdan təkcə bu otaqda yaşamağa məhkumdurlar. Hökumə xanım danışır ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən heç bir akt tərtib olunmayıb.


“O biri otaqlarda yaşamaq mümkün deyil. Qapı və pəncərələr yanıb. Burada  yaşayış üçün əlverişli olmasa da, küçədə qalmaqdansa məcbur olub bu otaqda qalırıq.Mən evdə olmayanda gəlib araşdırıblar ki, yanğın qısa qapanma nəticəsində baş verib. Mən də onlara dedim ki, tək qadınam və üç uşaq böyüdür əm. Onlar evimin siğortası olmadığı üçün heç bir kompensasiya ödəməyəcəklərini dedilər.Elə bir ərizəni imzaladım ki, orada yazılmışdı ki, evdə lazımsız əşyalar yanıb. Amma evdə mənim hər şeyin yanmışdı”.


Hökumə xanım rütubətli evlərində övladları ilə necə yaşayacağını düşünür. Çarəni prezidentə müraciət etməkdə görür.

“Dövlət qurumları, cənab prezidentimiz, ölkənin birinci xanımı – Mehriban Əliyevadan xahiş edirəm ki, məsələmlə əlaqədar köməklik etsinlər. Mən gələcəyin üç şəxsiyyətini böyüdürəm. Gələcəyin xəstə əsgərini böyütmək istəmərəm. Xəstə övladlar yetişdirmək istəmərəm”.

Ana səhifəVideo”Xəstə uşaqlar böyütmək istəmirəm” (VİDEO)