Kiçik çavuş saxlanılıb
Sentyabrın 10-da Salyan rayon həbsxanasında baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.
Respublika Hərbi Prokurorluğunun məlumatına görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyev mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya avtomatdan atəş açaraq ona xəsarətlər yetirib.
APA yazır ki, fakta əsasən Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb.
Ə. Müftəliyev şübhəli şəxs qismində artıq tutulub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.
Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, “Xələc həbsxanası” kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.