Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağa götürülmədi

“Bu qadağa məntiqli deyil”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl


“Bu qadağa məntiqli deyil”

Dekabrın 8-də Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlı kassasiya şikayətinə baxılıb. Lakin Ali Məhkəmə şikayəti təmin etməyib.

Jurnalist “Turan”-a deyib ki, qadağa əsassızdır və məqsəd insan hüquqlarının pozulmasına görə Azərbaycan hökumətinin tənqid olunmasının qarşısını almaq üçün onun beynəlxalq konfranslarda iştirakını məhdudlaşdırmaqdır: “Bu qadağa məntiqli deyil, çünki konfranslara on-line qoşulur və öz mövqeyimi bildirirəm”.

X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın motivlərini absurd adlandırıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.

Ana səhifəXəbərlərXədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağa götürülmədi