Xədicə İsmayılın məhkəməsinə müstəqil media buraxılmır (yenilənib)

Diplomatları və təqsirləndirilən jurnalistin yaxınlarından iki nəfəri prosesə buraxandan sonra zalda yer olmadığını elan ediblər

Source:


14.09. Hazırda məhkəmədə fasilə elan olunub. Bugünkü prosesdə Tural Mustafayev, anası Nəzakət Mustafayeva və Rövşəna Rəhimli ifadə veriblər. T.Mustafayev hüquq-mühafizə orqanlarına jurnalistə qarşı verdiyi iddia ərizəsindən imtina etdiyini söyləyib: “Hələ də əvvəllər mənə olan təzyiqlərlə bağlı verdiyim ifadələrimlə qismən razıyam”.


Nəzakət Mustafayev bildirib ki, o, oğluna təzyiqlər barədə heç nə bilmir, yalnız Turalın Azadlıq Radiosunda çalışdığını bilib.


Rövşəna Rəhimli deyib ki, Tural Mustafayevin psixi problemləri olduğundan həmişə onu döyüb, kobudluq edib: “Ümumiyyətlə, Tural Mustafayevin intiharlarının heç birinin Xədicə İsmayıla aidiyyatı yoxdur. Bunlar hamısı onun səhhətilə bağlıydı”.


Diplomatları və təqsirləndirilən jurnalistin yaxınlarından iki nəfəri prosesə buraxandan sonra zalda yer olmadığını elan ediblər

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın prosesi davam etdirilib.

Meydan TV-nin məhkəmə binası qarşısında olan əməkdaşı xəbər verir ki, Avropa İttifaqı, ABŞ, Almaniya, Hollandiya, Fransa diplomatlarını və təqsirləndirilən jurnalistin yaxınlarından iki nəfəri prosesə buraxandan sonra zalda yer olmadığını elan ediblər.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevralda jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirir və rədd edir. O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsinə müstəqil media buraxılmır (yenilənib)