Xədicə İsmayılın işindən kassasiya şikayəti verildi

Vəkil: “İşə bəraətverici əsaslarla xitam verilməsini istəmişik”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl

Vəkil: “İşə bəraətverici əsaslarla xitam verilməsini istəmişik”


Bakı Apellyasiya Məhkəməsinin Xədicə İsmayılla bağlı 29 noyabr 2015-ci il tarixli qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Meydan TV-yə bu barədə məlumatı vəkil Fariz Namazlı verib.

Vəkilin sözlərinə görə, şikayətdə Apellyasiya Məhkəməsinin qərarınln ləğv edilməsi və X.İsmayıl barəsində icraata bəraətverici əsaslarla xitam verilməsi nəzərdə tutulub.

“Bayraqdar” kimi tanınan Elman Həsənovun şikayəti əsasında Xədicə İsmayıl Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilinir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5 də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6  ay azadlıqdan məhrum edilib. Xədicə ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

Ana səhifəXəbərlərXədicə İsmayılın işindən kassasiya şikayəti verildi