Xədicə İsmayılın işi – araşdırmaların cəzası (infoqrafika)

İnfoqrafikada Xədicə İsmayılın işi xronoloji ardıcıllıqla göstərilib.

Source:

Hər şey 2010-cu ilin İyununda Xədicə İsmayılın



“Prezidentin qızı banka necə sahib oldu?”




araşdırması ilə başladı. Bu yazı cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra hələ heç kim hakim ailənin biznesləri barədə bu qədər dolğun və cəsarətli araşdırma etməmişdi.

Sonra Xədicənin növbəti araşdırması dərc olunur –



 “Azərfon”a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir”.



Bu araşdırma da əvvəlki kimi cəmiyyətdə rezonansa səbəb olur.

Bunun ardınca Xədicə İsmayılın yaşadığı evdə, o xarici səfərdə olduğu zaman gizli kameralar quraşdırılır. 2012-ci ildə Xədicə yeni araşdırmalar üzərində işləyir. Məhz bu zaman – 2012-ci ilin Martın 7-sində onun ev ünvanına məktub gəlir. Məktubun içində jurnalistin gizli kameralarla çəkilmiş intim görüntülərini əks etdirən fotolar və araşdırmaları dayandırmadığı təqdirdə bu görüntülərin ictimailəşdiriləcəyi barədə hədələr var idi.

Lakin Xədicə bəyanat verərək fəaliyyətini davam edəcəyini deyir. Bu bəyanatdan bir neçə gün sonra internetdə Xədicə İsmayılın intim görüntülərini əks etdirən videolar yayılır.

2012-ci ildə Xədicə İsmayılın digər araşdırmacı jurnalistlərlə birgə ardarda üç araşdırması ictimayətə təqdim olunur:



“Qızıl mədənlərində Əliyevlərin payı”



“Baku Crystal Hall-un sirləri”



“Tanınmış azərbaycanlıların Çexiyadakı mülkləri”

“Qızıl mədənlərində Əliyevlərin payı” və “Baku Crystal Hall-un sirləri” məqalələrindən sonra – 2012-ci ilin İyunun 1-də Milli Məclisin müzakirəsinə «İnformasiya əldə etmək haqqında» qanuna dəyişiklik çıxarılır. Nəticədə qanuna dəyişiklik qəbul olunur. Bu dəyişikliklərə əsasən artıq şirkətlərin təsisçiləri barədə məlumatlar kommersiya sirri hesab olunur. Bəzi ekspertlər bu halı Azərbaycanın faktiki ofşor zonaya çevrilməsi kimi qiymətləndirirlər.

2014-cü ildə Xədicə İsmayılın daha üç araşdırması dərc olunur:




“Arzu Əliyeva Çexiyadaki şirkətini Azərbaycan məmuruna satır”





“Paşa Holdinq haqda bilmədikləriniz”





“Azercell-in payçıları arasında prezident qızlarına bağlı ofşorlar”


Bu araşdırmalardan sonra Elman Həsənovun (Türkoğlu) şikayəti əsasında Xədicə İsmayıla qarşı cinayət işi açılır. Elman Həsənov Xədicəni onu hakimiyyətə işləməkdə günahlandırdığını deyir və bunu öz şəxsiyyətinin alçaldılması kimi qəbul etdiyini bildirir. Prokurorluq isə digər tərəfdən jurnalisti dövlət sirrini yaymaqda suçlayır.

2014-cü ilin 5 Dekabr tarixində isə Xədicə İsmayıl Bakı Şəhər prokurorluğunun vəsatəti əsasında Səbail rayon məhkəməsinin qərarı ilə həbs edilir. O, Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə






təqsirləndirilir.


Ana səhifəAraşdırmaXədicə İsmayılın işi – araşdırmaların cəzası (infoqrafika)