Jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib
Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı-jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Bu haqda jurnalist Facebook səhifəsində yazıb.
“Məhkəmə də prokuror deyəni dedi. Amma indi qanunsuz sahibkarlıq məbləği külli yox, xeyli sayılır. Məhkəmə buna əsasən 192-ci maddə ilə cəzanı 2 ildən 4 aya endirdi. Ümumi cəza 3 il 6 aydan 2 il 3 aya endi. Sınaq müddəti dəyişmədən 5 il qaldı” -deyə X.İsmayıl yazıb.
X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.
Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.
Ali Məhkəmə mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.