Xədicə İsmayılın adı 10 qadın jurnalist siyahısında

“O, həbsxanadan gizli yolla çıxardığı məktublarla hakimiyyəti tənqid etməkdə davam elədi ,ona qarşı çıxmağa çağırdı və nəticədə təkadamlıq kameraya salındı”

Source:


“O, həbsxanadan gizli yolla çıxardığı məktublarla hakimiyyəti tənqid etməkdə davam elədi ,ona qarşı çıxmağa çağırdı və nəticədə təkadamlıq kameraya salındı”

Sərhədsiz Reportyorlar təşkilatı 8 mart Beynlxalq Qadınlar günü münasibəti ilə dünyanın müxtəlif yerlərindən olan 10 qadın jurnalisti anır.

“Qadın-Jurnalistlər, Öhdəlik və problemlər” başlıqlı yazıda təşkilat Azərbaycan, Suriya, İran, Əfqanıstan Serbiya, Birma, Konqo, Liberiya,Mərakeş və Meksika dan olan 10 qadın jurnalistin şəklini çap edib, korrupsiya, insan haqları və digər problemlərdən yazdıqlarına görə, onların üzləşdikləri problemlər, zorakılıq və təhlükələrdən yazır.

Bu onluğa Azərbaycandan hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl düşüb.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Azadlıq Radiosunun dərc etdiyi yazıda deyilir ki, Xədicə İsmayıl hökumət səviyyəsində korrupsiya və maraq davasından yazdığına, araşdırmalar apardığına görə hazırda həbsdədir.

“Hakimiyyət onu susdurmaq üçün 2012-ci ildə evində videokamera yerləşdirərək onu şantajla hədələdi amma jurnalis əlində olan vacib materialları çap elədi və buna görə, onunla haq-hesab çəkildi və hazırda cəfəng ittihamlarla həbsdədir. Hakimiyyət Xədicə İsmayılı həbsxanaya atsa da onu susdura bilmədi. O, həbsxanadan gizli yolla çıxardığı məktublarla hakimiyyəti tənqid etməkdə davam elədi ,ona qarşı çıxmağa çağırdı və nəticədə təkadamlıq kameraya salındı”,- deyə “Qadın-Jurnalistlər, Öhdəlik və problemlər” başlıqlı məqalədə bildirilir.

Ana səhifəXəbərlərXədicə İsmayılın adı 10 qadın jurnalist siyahısında