Xədicə İsmayıla xəbərdarlıq edilib

Jurnalist xəbərdarlığı imzalamaqdan imtina edib

Source:


Jurnalist xəbərdarlığı imzalamaqdan imtina edib

Dekabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında vəkillər Elton Quliyev və Fariz Namazlı Xədicə İsmayılla görüşüblər. Bu barədə jurnalist Əfqan Muxtarlı öz Facebook səhifəsində məlumatı paylaşıb.

Vəkillərin məlumatına görə, X.İsmayılın səhhəti normaldır. E. Quliyev bildirib ki, jurnalist dostlarına salam göndərib və möhkəm olmalarını xahiş edib.

Vəkil F. Namazlı isı deyib ki, təcridxana rəhbərliyi Xədicə İsmayıla xəbərdarlıq edib: “Təcridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olublar. Təcridxana əməkdaşları təbriklə bağlı X. İsmayıldan izahat alıblar. X. İsmayıl bildirib ki, məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşır: “Bununla belə X. İsmayıl izahat verib və bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsuli ilə catdırıb. Daha sonra Xədicə xanımın saxlandıgı kameraya gələn təcridxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya, X. İsmayıl tədricxana rəhbərliyinə qeyri-qanunu tələblər irəli sürüb. Xədicə xanım xəbərdarlığı imzalamaqdan imtina edib”.

Ana səhifəXəbərlərXədicə İsmayıla xəbərdarlıq edilib