Xədicə İsmayıla xəbərdarlıq edilib

Təcridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olub.

Source:



Təcridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən  yeni il təbrikindən narahat olub

15 dekabrda Bakı İstintaq Təcridxanasında vəkillər Elton Quliyev və Fariz Namazlı Xədicə İsmayılla görüşüblər. Vəkillərin verdiyi məlumata görə, X. İsmayılın səhhəti normaldır. E. Quliyevin bildirdiyinə görə, Xədicə İsmayılova dostlarına salam göndərib və möhkəm olmalarını xahiş edib.

Vəkil F. Namazlının bildirdiyinə görə, təcridxana rəhbərliyi Xədicə İsmayıla xəbərdarlıq edib : “Təcridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən  yeni il təbrikindən narahat olub. Təcridxana əməkdaşları təbriklə bağlı X. İsmayıldan izahat alıblar. Xədicə İsmayıl bildirib ki, məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşır. Bununla belə Xədicə İsmayıl izahat verib və bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsulu ilə çatdırıb. Daha sonar Xədicə xanımın saxlandığı kameraya gələn təcridxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya Xədicə İsmayılova təcridxana rəhbərliyinə qeyri-qanuni tələblər irəli sürüb. Xədicə xanım xəbərdarlığı imzalamaqdan imtina edib”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham  olunur.

Ana səhifəXəbərlərXədicə İsmayıla xəbərdarlıq edilib