Qadın məhbusların cəza çəkdiyi 4 saylı kolon Xətai metrostansiyasının yaxınlığında yerləşir
Araşdırmaçı jurnalsit Xədicə İsmayıl 4 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə X.İsmayılın yaxınları Facebook səhifəsində məlumat paylaşıblar.
Qadın məhbusların cəza çəkdiyi 4 saylı kolon Xətai metrostansiyasının yaxınlığında yerləşir.
Xədicə İsmayıl 7,6 il azadlıqdan məhrum edilib.
Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Birinci instansiya məhkəməsində bu ittiham çıxarılıb.
Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.
Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.