Xədicə İsmayıl üçün imza toplanır

Artıq 20 min şəxs jurnalisti azadlığı üçün kampaniyaya qoşulub

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl



Artıq 20 min şəxs jurnalisti azadlığı üçün kampaniyaya qoşulub

“Amnesty İnternational” Təşkilatı araşdırmaçı jurnalist Xədicə İsmayılın azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb. Qurumun saytında yazılan məlumata görə, artıq 20 minə yaxın şəxs jurnalistin azadlığa buraxılması üçün imza atıb.

Kampaniyaya qoşulmaq istəyənlər

amnesty.org

 saytına girərək, imza ata bilirlər.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6  ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

“Exo”, “Caspian Business News”, “Eurasinaet.org”, “Washington Times”, “The New York Times”, “BBC”, “Deutche Welle”, “Voice of America” (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır.

Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir.

Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır.

Ana səhifəXəbərlərXədicə İsmayıl üçün imza toplanır