Jurnalistin Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində
növbəti ifadəsində daha hansı əcnəbilərlə görüşdüyü və nə danışdığı barədə suallar verilib.
Martın 13-də saat 17-də araşdırmaçı jurnalist Xədicə İsmayıl yenidən Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə ifadə vermək üçün çağırılıb. Bir saata yaxın davam edən istintaq söhbəti zamanı jurnalsit yenə də “Art Garden” restoranında ABŞ senatının işçiləri ilə nə danışması haqda sorğulanıb. Ondan həmin görüşdə hansı dildə danışdığı, xarici qonaqlarla görüş keçirən Rəşid Hacılı və Emin Hüseynovun da rus və ya ingiliscə söhbətlər apardığı soruşulub:
“Məndən həm də soruşdular ki, o ərəfədə daha hansı əcnəbilərlə görüşmüşəm, nələr danışmışam? Mən isə bildirdim ki, bəzən gün ərzində 10-15 adamla görüşürəm və kiminlə nə danışdığımı xatırlamıram”- deyən Xədicə İsmayıl, müstəntiqin ondan kiməsə facebook səhifəmdə yaydığı sənədi əcnəbilərdən kiməsə göstərib-göstərmədiyini də soruşub.
Jurnalistə növbəti ifadənin nə zaman olacağı bildirilməsə də, ondan xarici ölkələrə gedəcəyi halda istintaqı öncədən məlumatlandırmaq tələb olunub.